Göygöldə 8 yaşlı uşaq yol qəzasında xəsarət aldı
Qəzalar
13 Sentyabr 2020 01:46
Oxunub 1412

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 2012-ci il təvəllüdlü Dərgahquliyeva Əsnad Rəşad qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













