Göygöldə dəhşətli qəza; "07" ağaca çırpıldı: 1 ölü, 4 yaralı

Göygöl rayonunda ölümlə nəticələn ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, Göygöl rayon Yeni Zod kəndindən rayon istiqamətində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri ölüb, 4 nəfər xəsarət alıb. Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib, çətin hava şəraiti ilə əlaqədar ərazidə nəqliyyatın hərəkəti bərpa ediblər.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, hadisə zamanı sərnişin Bəsti Aslanova (1990), həlak olub, Elmir Yusibov (1988), Bayram Hacıyev (1999), Xudayar Rəfiyev (2007) və Aişə Hacıyeva (1997) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Könül
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO











