Gürcüstanda mikroavtobus 80 metr hündürlükdən düşdü; 17 ölü, 3 yaralı

Gürcüstanın şimal-şərqində mikroavtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza Duşetsk bələdiyyəsinin Biso kəndi yaxınlığından keçən “Şatili” yolunda qeydə alınıb. Bu barədə avqustun 23-də Respublika DİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dağlıq ərazidə yerləşən yolda hərəkətdə olan mikroavtobus, sürücünün idarəetməsindən çıxaraq 80 metr hündürlükdən uçuruma yuvarlanıb. Qəza nəticəsində 17 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Yaralılar, xilasedicilərin köməkliyi ilə deformasiyaya uğramış mikroavtobusdan çıxarılıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar.
Nəqliyyat vasitəsinin içərisində dəqiq neçə nəfərin olduğu və qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bununla əlaqədar, ölkə prezidenti Salome Zurabişvili və baş nazir qəzada dünyasını dəyişən insanların ailələrinə və yaxınlarına baş sağlığı verib.
Namiq Musayev
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












