Hərbi maşın qəzaya düşdü

Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib. ANS-in məlumatına görə, Baki-Quba yolunun 55-ci kilometrliyində, yəni Yaşma qəsəbəsinə düşən hissədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus "UAZ" markalı yük maşını ilə Zaur Məmmədovun idarə etdiyi "Mersedes" markalı avtomobil toqquşub. Avto qəza nəticəsində minik avtomobili yolun kənarına aşıb. Hadisə zamanı minik avtomobilində 1-i sürücü olmaqla 3 nəfər xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. "UAZ" markalı yük avtomobilində isə xəsarət alan olmayıb. Hadisə yerinə hərbi polis və yol polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












