Hərbi qulluqçu qəza törətdi; hospitala düşdü

Ötən gün gecə saat 23:00 radələrində Gəncə şəhəri Atatürk prospektində yol qəzası baş verib. Avtosfer.az Kəpəz TV-yə istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Cavadov Nəsimi İsmayıl oğlunun idarə etdiyi “Mercedes” markalı 90-GD-900 dövlət nömrə nişanlı avtomobil prospektlə hərəkətdə olarkən Muxtar Hacıyev küçəsi ilə kəsişmədə səkiyə və ağaca çırpılıb. Avtomobil daha sonra yolun kənarında saxlanılan «RAF» markalı 20-AC-259 dövlət nömrə nişanlı mikroavtobusa dəyib. Hadisə nəticəsində hər iki avtomobil zərər görüb, “Mercedes” markalı avtomobil, demək olar ki, tam yararsız hala düşüb.
Qəza zamanı “Mercedes”in sürücüsü kəllə-beyin travması alıb. Yaralı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olduğundan hospitala yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












