Hövsan yolunda qəza: «07»nin sürücüsü qaçdı - VİDEO

Suraxanı rayonu ərazisində Hövsan qəsəbəsinə doğru gedən yolda yol nəqliyyat hadisəsi baş verib. ANS-nin məlumatına görə, qəza zamanı İlkin Vəliyevin idarə etdiyi “Mersedes” markalı avtomobillə sürücüsü məlum olmayan “VAZ 2107” markalı avtomaşın toqquşub. Hadisə nəticəsində jiqulinin sürücüsü qəza baş verən ünvandan yayınıb. Həmin maşında olan sərnişinlər Xəlil Fətullayev və Aleksandr Laryanov ağır bədən xəsarətləri aldıqlarından təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar. Qəza nəticəsində avtomobillər də yararsız hala düşüb. “Mersedes”in sərnişini Müqabil Aliyev deyirki, "Jiquli"nin sürücüsü düşüb qaçdı və o biri sərnişinlərdə içkili idilər. Hadisədən sonra əraziyə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. İlkin olaraq hadisə şahidlərinin izahatları alınıb. Bundan sonra isə qəzaya düşən nəqliyyat vasitələri evakuatorlar vasitəsi ilə cərimə dayanacağına aparılıb. Qəzanın hansı səbəbdən baş verməsi təyin olunan avtotexniki və tibbi ekspertizanın verəcəyi yekun rəydən sonra məlum olacaq
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












