Hövsanda zəncirvari yol qəzası - FOTOLAR

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Rizvan Nəsirovun idarə etdiyi "Ford" markalı mikroavtobus Hövsan qəsəbəsindən şəhər mərkəzinə doğru hərəkətdə olarkən ötmə əməliyyatı zamanı qarşı hərəkət zolağına çıxıb və qarşıdan gələn LADA markalı minik maşını ilə toqquşub. Zərbənin gücündən minik avtomobili yol kənarındakı dərəyə yuvarlanıb. Arxadan gələn və Qədir Ağayevin idarə etdiyi "Mercedes" markalı digər minik maşını isə "Forda"a dəyib. Qəza nəticəsində LADA-da olan iki nəfər - sürücü Elşən Mövsümov və sərnişin Nərgiz Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Suraxanı Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO

















