İki "Jiquli" toqquşub: iki nəfər xəsarət alıb

Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, Gəndob-Yalama yolunun 34-cü km-də qeydə alınıb. Xaçmaz rayon sakini 1993-cü il təvəllüdlü Şıxəliyev İlqar Raviq oğlunun idarə etdiyi “Vaz 2106” markalı, 50 BC 956 dövlət nömrə nişanlı avtomaşınla Xaçmaz rayon sakini 1962-ci il təvəllüdlü Seyidov Sabir Seyid oğlunun idarə etdiyi 10 KU 773 dövlər qeydiyyatlı “Vaz 21 07” markalı maşınla toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif xəsarətlərlə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan hər iki sürücü ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Qəza “VAZ 2107”-nin sürücüsünün idarəetməni itirərək əks istiqamətə çıxması nəticəsində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO















