İki nəfərin öldüyü qəzanın ŞOK təfərrüatları

Dünən axşam saatlarında marşrut avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzanın detalları bəlli olub. Avtosfer.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Məlum olub ki, qəzaya düşən minik avtomobili qaçırılıbmış. Belə ki, martın 28-də saat 14 radələrində Bakı sakini 1962-ci il təvəllüdlü Tofiq Gülməmmədov özünə məxsus Mercedes markalı 90 LB 483 nömrəli avtomobili Nizami rayonu Babək prospekti 71-in qarşısında yerləşən avtoyuma məntəqəsində orada işləyən Cəlilabad sakini 1993-cü il təvəllüdlü Rüstəm Bədirova yumağa verib. R.Bədirov avtomobili qaçıraraq saat 21 radələrində Babək prospektində Gürcüstan vətəndaşı 1960-cı il təvəllüdlü Mustafa Məmmədovun idarə etdiyi Daewo markalı 90 VS 438 nömrəli 49 saylı xətt avtobusu ilə toqquşub. Nəticədə R.Bədirov xəstəxanaya aparılarkən yolda, sərnişini Masallı sakini 1993-cü il təvəllüdlü Mübariz Abbasov isə xəstəxanada ölüb.Avtobus sərnişinlərindən 1939-cu il təvəllüdlü Elnarə İsmayılova, 1977-ci il təvəllüdlü Tamara Abdullayeva və 1993-cü il təvəllüdlü Aysel Hüsenova xəstəxanada yardım alıb evə buraxılıblar.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










