İsmayıllıda "Mercedes" piyadanı vurub öldürdü
Qəzalar
14 Avqust 2023 08:00
Oxunub 652

İsmayıllıda avtomobil piyadanı vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, dünən axşam saatlarında İsmayıllı şəhəri ərazisində Azad Şalbuzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1957-ci il təvəllüdlü Məmmədov Sədiyar Əziz oğlunu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













