«Kamaz» «07»ni əzdi; ölən var

Yevlaxda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, Hürüuşağı kəndində “VAZ” minik avtomobili ilə “Kamaz” markalı yük avtomobili toqquşub. FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilin sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım xidmətinə təhvil veriblər. “VAZ” markalı minik avtomobilin sahibi 1968-ci il təvəllüdlü Mamedov Aslan Məmmədəli oğlu xəstəxanaya aparılarkən yolda vəfat edib. Avtomobildə olan 1 nəfər sərnişin isə vətəndaşlar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma başlanıb.
Nurlan
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












