"Kamaz" 1-ci sinif şagirdini vurdu
Qəzalar
18 Sentyabr 2014 18:43

Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır
Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada vurulub. APA TV-nin xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sığırlı kənd orta məktəbinin birinci sinif şagirdi, 2008-ci il təvəllüdlü Səfərova Rəvanə Ramil qızı dərsdən çıxıb evə gedərkən “KamAZ” markalı yük avtomobili onu vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan Rəvanə Səfərovanı sürücü başqa minik maşını ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına çatdırıb. Hadisənin şahidi Habil Nuriyev deyib ki, yaralını xəstəxanaya onun maşını ilə aparıblar.
Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 2145
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
8 Oktyabr 2026 10:11
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
ŞƏRH YAZ












