Kürdəmirdə ağır qəza: 4 yaralı

Kürdəmirdə 4 nəfərin xəsarəti alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün Bakı - Qazax əsas magistral yolunun 200-ci kilometrliyinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik maşını «VAZ 21014» markalı minik maşını ilə toqquşub. Nəticədə “Mercedes”də olan Kəlbəcər rayon sakinləri - 40 yaşlı Əliyev Sədaqət Veysəl oğlu və onun qardaşı, 36 yaşlı Əliyev Vidadi Sədaqət oğlu, «VAZ 21014» markalı maşının sürücüsü, Gədəbəy rayon sakini, 29 yaşlı Məmmədov Gəray Tofiq oğlu və onun qardaşı 31 yaşlı Məmmədov Seyfəddin Tofiq oğlu ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, hər yaralılara ilkin tibbi yardım göstərilib, onların vəziyyətləri orta ağır kimi qiymətləndirilir. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












