Kürdəmirdə qəzada xəsarət alanların biri xəstəxanada ölüb - YENİLƏNİB - FOTO

Kürdəmir rayonunda baş verən qəzada xəsarət alanların biri xəstəxanada dünyasını dəyişib.
“Report” xəbər verir ki, hadisə səhər saatlarında Bakl-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
“Opel” markalı avtomobilin sürücüsü, 25 yaşlı Quliyev Ceyhun Nəsimi oğlu idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə sürücü ağır xəsarət alıb.
Avtomobildə olan digər şəxs, 61 yaşlı Quliyev Rəfael Şahmalı oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
11:42
Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan "Opel" markalı avtomobilin sürücüsü Ucar rayonu istiqamətində hərəkətdə olarkən, idarə etməni itirərək yoldan çıxıb. Nəticədə avtomobil bir neçə dəfə aşaraq yolun kənarına düşüb.
Hadisə zamanı avtomobilin sürücüsü və hələlik şəxsiyyəti məlum olmayan sərnişin ağır bədən xəsarətləri alıblar.
Yaralılar təcili yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












