Kürdəmirdə sürücü sürücünü vurdu

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan Gürcüstan vətəndaşı Bejan Misavişlinin idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən özünə məxsus minik avtomobilini yolun kənarında saxlayaraq qarşı tərəfə keçmək istəyən piyada sürücünü, Mingəçevirdə məskunlaşan Ağdam sakini Firdovsi Adıgözəlovu vurub. Yaralı təcili olaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və həkimlər onun həyatını xilas edib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












