"Land Cruiser" və "Prius" qayda pozub yolayrıcında toqquşdu; piyada son anda... - FOTO - VİDEO

Ötən gün axşam saatlarında paytaxtın Ceyhun Hacıbəyli və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a bildirilib ki, qəza zamanı yolun hərəkəti hissəsindən keçən piyada qəzadan son anda xilas ola bilib:
"Hadisə zamanı kəsişmədə olan piyada svetoforu isə yararsız vəziyyətə düşüb. Digər bir yol-nəqliyyat hadisəsi Binəqədi şosesi ilə Mehdiabad yolunun kəsişməsində qeydə alınıb. Bu qəza nəticəsində nəqliyyat svetoforu sıradan çıxıb.

Təəssüflər olsun ki, bəzi sürücülərin qaydalara məhəl qoymaması, yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməsi və digər qayda pozuntularına yol vermələri səbəbindən qəzalar baş verir ki, bu səbəbdən də svetoforlar yararsız hala düşür və onların idarəetmə qurğusu zərər görür. Yararsız vəziyyətə düşən svetoforların yenisi ilə əvəz edilməsinin bir neçə gün çəkdiyini nəzərə alsaq, təbii ki, bu problemdən sürücü və piyadalar özləri əziyyət çəkirlər. Buna görə də bir daha xahiş edirik ki, sürücülər, xüsusilə də yolayrıclarına daxil olduqda sürət həddinə və svetoforun tələblərinə ciddi riayət etsinlər", - deyə məlumatda bildirilib.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












