Lənkəranda ağır qəza: 1 ölü, 4 yaralı - FOTOLAR

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA-ya istnadən məlumatına görə, hadisə aprelin 6-da, saat 20.30 radələrində Ələt-Astara magistralının 202-ci kilometrliyində - yolun rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “VAZ-2106” markalı, 42 BH 038 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun sağ tərəfinə çıxmaqla qarşı tərəfdən gələn Astara şəhər sakini, 21 yaşlı Elvin Yusif oğlu Əlizadənin idarə etdiyi “Mersedes” markalı, 99 GU 706 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “VAZ-2106” markalı avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasedicilərinin səyləri nəticəsində xüsusi alət və avadanlıqların köməyi ilə deformasiyaya uğramış avtomobildə sıxılıb qalmış sərnişinlər - Lənkəran şəhər sakinləri, 19 yaşlı Ənvər Füzuli oğlu Rəhimzadə və Mirabbas İlqar oğlu Rəhimov, Lənkəranın Şilavar kənd sakini, 18 yaşlı Həsən Gülağa oğlu Hüseynov çıxarılaraq təcili yardım maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Onlardan Həsən Həsənov aldığı çoxsaylı bədən xəsarətlərindən yarı yolda dünyasını dəyişib. “Mersedes” markalı minik avtomobilin sürücüsü ilə sərnişini, Astara şəhər sakini, 21 yaşlı Qulam Şücaət oğlu Qulamzadə də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların hər ikisinə müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. “VAZ-2106”-nın xəsarət almış iki sərnişini isə hazırda Lənkəran MRX-da həkim nəzarəti altındadır. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO
"Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO

















