Lənkəranda ağır qəza: 1 ölü

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə iyunun 4-də Lənkəran-Lerik şose yolunun 19-cu kilometrliyində, rayonun Təngivan kəndindən keçən hissəsində qeydə alınıb. Lerik rayonunun Piran kənd sakini, 43 yaşlı Qafur Alxasovun idarə etdiyi “Niva” markalı avtomobil Lənkəran rayonu Şağlakücə kənd sakini, 32 yaşlı Rafiq İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Güclü zərbə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Niva”nın sürücüsü hadisə yerində ölüb. İlkin versiya kimi hadisənin “VAZ-2106” -nın Lerik rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək qarşıdan gələn “Niva”-ın qarşısına çıxması nəticəsində baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri avtoekspertizanın rəyindən sonra bəlli olacaq. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












