Lənkəranda ağır qəza: ər və arvad xəsarət aldı

Lənkəranda baş verən qəzada xəsarət alanlar var.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının 166-cı km-də Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Fiat Doblo" markalı minik avtomobili, eyni istiqamətdə hərəkətdə olan 1997-ci il təvəllüdlü Xəyyam Balayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində "Fiat Doblo" markalı nəqliyyat vasitəsində olan Astara rayonunun Maşxan kənd sakinləri 1980-cı il təvəllüdlü Şölə Kamil qızı Novruzova və onun həyat yoldaşı 1971-ci il təvəllüdlü İltiqam Əliağa oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Xəsarət alanlara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - VİDEO - YENİLƏNİB
Ağır QƏZA: SÜRÜCÜ ÖLDÜ - FOTO - YENİLƏNİB
İsmayıllıda qəzada həlak olan iş adamının FOTOsu
Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var - YENİLƏNİB
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR
Bakının mərkəzində AĞIR QƏZA: 32 yaşlı kişi ÖLDÜ
Yevlaxda maşın motosikletlə toqquşdu - Sürücü ÖLDÜ










