Lənkəranda ağır yol qəzası - 1 ölü, 4 yaralı VİDEO

Lənkəranda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistralının 202-ci kilometrliyində - yolun rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “VAZ-2106” markalı avtomobil qəfildən idarəetməni itirərək yolun sağ tərəfinə çıxmaqla qarşı tərəfdən gələn Astara şəhər sakini, 21 yaşlı Elvin Yusif oğlu Əlizadənin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Güclü zərbənin təsirindən “VAZ-2106” markalı avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri xüsusi alət və avadanlıqların köməyi ilə deformasiyaya uğramış avtomobildə sıxılıb qalan sərnişinlər- Lənkəran şəhər sakinləri, 19 yaşlı Ənvər Füzuli oğlu Rəhimzadə və Mirabbas İlqar oğlu Rəhimov, Lənkəranın Şilavar kənd sakini, 18 yaşlı Həsən Gülağa oğlu Hüseynov çıxarılaraq təcili yardım maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan Həsən Hüseynov aldığı çoxsaylı bədən xəsarətlərindən yoldaca dünyasını dəyişib. “Mercedes” markalı minik avtomobilinin sürücüsü və sərnişini də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlara müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. “VAZ-2106”-nın xəsarət almış iki sərnişini isə hazırda Lənkəran MRX-da həkim nəzarəti altındadır, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












