Lənkəranda “Ford”la “Prado“ toqquşdu: 5 yaralı

Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə noyabrın 14-də saat 22.30 radələrində Ələt-Astara magistralının 209-cu kilometrliyində, yolun rayonun Gərmətük qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkətdə olan 42 yaşlı Astara rayon sakini İmran Qəhrəmanovun idarə etdiyi “Ford” markalı, 01-BO-261 dövlət nömrə nişanlı mikroavtobus Ələt istiqamətində hərəkət edən 47 yaşlı Lənkəran rayon sakini Canəli Həsənovun idarə etdiyi “Toyota Prado“ markalı, 42-BC-002 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, həmçinin “Ford” markalı mikroavtobusun sürücüsü İmran Qəhrəmanov, sərnişinlərdən 35 yaşlı Rövşən Əliyev, 27 yaşlı Fərhad Eyvazov, “Toyota Prado” markalı avtomobilin sərnişinləri, 54 yaşlı Rəsmiyyə Həsənova və 56 yaşlı Şamama Rəhimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
İlkin versiya kimi qəzanın “Toyota Prado” markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməməsi səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiqi başvermə səbəbi isə təyin olunan ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












