Lənkəranda maşın piyadanı vurub

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə dekabrın 5-də saat 21.30 radələrində Lənkəran-Boradigah şose yolunun rayonun Veravul kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Şatıroba kənd sakini, 37 yaşlı Paşa Qabil oğlu Babayevin idarə etdiyi “VAZ-2107” markalı, 44 BK 088 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyada, Lənkəranın Tükəvilə kənd sakini, 39 yaşlı Söhrab Şakir oğlu Əkbərovu vurub. Zərərçəkən onu vuran avtomobilin sürücüsü tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Baş nahiyəsindən xəsarət alan Söhrab Əkbərova müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyətinin stabil olduğu bildirilir. Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












