Lənkəranda mikroavtobus qəzası - 8 yaralı var

Lənkəranda iki mikroavtobus toqquşub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə martın 23-də saat 12.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Veravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran şəhər sakini Kazım Əzizovun idarə etdiyi “Mercedes” markalı, 10 NC 952 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu hərəkətdə olarkən sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “Mercedes” markalı, 10 NU 769 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu arxadan ona çırpılıb. Güclü zərbədən öndəki mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlərdən 8-i - 80 yaşlı İsrafil Quluzadə, 54 yaşlı Məmləkət Rzazadə, 42 yaşlı Əfləddin Məlikov, 62 yaşlı Asya Cahangirova, 48 yaşlı Elza Məhərrəmova, 52 yaşlı Həqiqət Əhədova, 21 yaşlı Ramin Quluzadə və 50 yaşlı Cəmalə Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Qəzanın dəqiq başvermə səbəbləri keçirilən avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












