Lənkəranda qəza: bir ölü, bir yaralı

Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə iyunun 26-da saat 08.00 radələrində Ələt-Astara magistralının 190-cı kilometrliyində, rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Liman şəhər sakini Qulam Əvəz oğlu Hacıyevin idarə etdiyi “VAZ-21074” markalı, 90 SD 155 dövlət nömrə nişanlı minik avtomobili Lerik rayon sakini, 1976-cı il təvəllüdlü Şükür Akif oğlu Şükürovun idarə etdiyi “Mercedes Vita” markalı, 90 XJ 043 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində “VAZ-21074” markalı avtomobilin sərnişini, Lənkəranın Parakənd qəsəbə sakini, 1984-cü il təvəllüdlü Elvin Xanoğlan oğlu Sultanov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib, həmçinin avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri E.Sultanovun meyitini xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər. Həmin avtomobilin sürücüsü isə xəsarətlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin versiya kimi qəzanın “VAZ-21074” markalı avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












