Lənkəranda yol qəzası: bir ailənin 4 üzvü yaralandı

Lənkəranda bir ailənin 4 üzvünün yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə sentyabrın 19-da saat 12.00 radələrində Ələt-Astara magistralının 214-cü kilometrliyində, yolun rayonun Bürcəli qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Rayonun Bürcəli qəsəbə sakini, 30 yaşlı Elbrus Malıyevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili Astara rayon sakini, 24 yaşlı Zaur Rzayevin idarə etdiyi eyni markalı avtomobillə toqquşub. Güclü zərbə nəticəsində hər iki avtomobil zədələnib, həmçinin sürücü Elbrus Malıyev və onun idarə etdiyi maşındakı ailə üzvləri-həyat yoldaşı Sərməgül, gəlini, 22 yaşlı Rufanə, nəvəsi, 2 yaşlı Həsən müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
İlkin versiya kimi qəzanın Zaur Malıyevin idarə etdiyi avtomaşınla ötmə əməliyyatını düzgün həyata keçirməməsi səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












