"Lexus" dərədən meşəyə yuvarlandı -" AZƏRBAYCANDA

Ələt–Astara magistralının 159-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın anspress.az-a istinadən məlumatına görə, Masallı rayonun Binə Xocavar kəndindən keçən hissəsində 44 yaşlı Altay Əhmədov idarə etdiyi “Lexus” markalı maşınla Ələt istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn, Cəlilabad rayonun Göytəpə şəhər sakini, 38 yaşlı Dəyanət Məmmədovun idarə etdiyi “Mercedes” toqquşub. Nəticədə “Mercedes” markalı avtomobil tam yararsız vəziyyətə düşüb. “Lexus” isə dərədən təxminən 100 metr məsafədəki meşəliyə yuvarlanıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki maşının sürücüsü və 2 sərnişin Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Baş Dövlət Yol Polis İdarəsinin təhqiqatçısı Hakim Şahbazov deyib ki, “Lexus” markalı maşın qarşı tərəfdən sürətlə gələn avtomaşından qaçmaq üçün hərəkət zolağına - “Mercedes”in qarşısına çıxıb. Nəticədə toqquşma baş verib. Qəzanın baş verməsinin dəqiq səbəbləri ekzpertizanın verdiyi rəydən sonra bəlli olacaq.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












