"Lexus" sərxoş piyadanı vurdu - VİDEO

Gecə Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az anspress-ə istinadən bildirri ki, qəza zamanı Mehralı Aşurov idarə etdiyi “Lexus” markalı avtomobili ilə Maştağa qəsəbəsindən üzü şəhər istiqamətində yüksək sürətlə hərəkətdə olarkən yolu keçmək istəyən şəxsiyyəti məlum olmayan piyadanı vurub. Piyadanı vuran sürücü onu avtomobili ilə xəstəxanaya çatdırıb. Xəstəxanadan verilən məlumata görə, yaralı tibb müəsissəsinə içkili vəziyyətdə gətirilib. Onun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Piyadanı vuran sürücü Mehralı Aşurov ifadasinin alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb, avtomobil isə cərimə meydançasına yerləşdirirlib. Qəzanın səbəblərini müəyyən etmək üçün başlanan araşdırmalar davam etdirilir.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












