"Lukoil"in yanında ana ilə oğulun qəzaya düşdüyü hadisə ilə bağlı xəbər var

Lənkəranda yol qəzası törətməkdə təqsirləndirilən Səbuhi Kazımlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsimə göndərilib. Cinayət işi hakim Vüqar Əhmədovun icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Hadisə bu il martın 8-də saat 23 radələrində Lənkəran şəhəri, H.Əliyev prospektində yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb. Belə ki, Kazımlı Səbuhi Əmrəli oğlu idarə etdiyi "Toyota Pirus" markalı avtomobillə Səfərli Şəkər Şakir oğlunun idarə etdiyi "Tofaş" markalı avtomobillə toqquşub. Nəticədə Ş.Səfərli çoxsaylı bədən xəsarətləri alıb. Bundan başqa, Ş.Səfərlinin avtomobilində ön sərnişin yerində əyləşmiş anası Səfərova Sevinc Ağamehti qızı aldığı bədən xəsarətlərindən Lənkəran RMX-də ölüb. Faktla bağlı Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məclləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Pravda.az
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












