Mağazası yandı, özünü də maşın vurdu

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Kərgələn kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 29 yaşlı Rahim İbadov idarə etdiyi minik avtomobili ilə həmkəndlisi, 48 yaşlı Kamil Rzayevi vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. İlkin müayinə zamanı Kamil Rzayevə qapallı kəllə-beyin travması, sağ baldır sümüklərinin orta üçdə bir hissəsinin yer dəyişmiş çox qəlpəli açıq sınıqları, sağ qolunun və bel nahiyəsinin əzilməsi diaqnozu qoyularaq əməliyyat olunub. Hazırda yaralının vəziyyəti orta-stabil qiymətləndirilir.
Lakin yaralı və qardaşı Qəhrəman Rzayev qəzanın qəsdən törədildiyini iddia ediblər. Onların qənaətincə, Kamil öz maşınına oturarkən Rahim İbadov avtomobili bilərəkdən onun üzərinə sürərək ölümcül hala salıb.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, artıq hadisəni törətməkdə şübhəli bilinən Rahim İbadovun ilkin ifadəsi alınıb. Onun hadisəni bilərəkdən və ya ehtiyatsızlıqdan törədildiyi araşdırılır.
Qeyd edək ki, 10 gün öncə, yanvarın 20-də Kamil Rzayevin Kərgəlan kəndində yerləşən avtomobil ehtiyat hissələri mağazasında yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m olan bir-birinə bitişik iki mağazadan biri tamamilə yanıb, digərinin isə tavan hissəsi qismən yanaraq yararsız vəziyyətə düşüb. Sonradan mağaza sahibi yanğının qəsdən törədildiyini və ona 30 min manat dəyərində maddi ziyanın dəydiyini iddia etmişdi.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












