Marşrut avtobusu qəzaya düşdü; sərnişin öldü

Xətai rayonunun Zığ yolu küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, hadisə fevralın 14-də saat 18 radələrində qeydə alınıb. Xətai rayonunun Zığ yolu küçəsində sürücüsü müəyyən edilməmiş 51 saylı xətt üzrə idarə edilən və Bakı şəhər sakini Fəxrəddin Həziyevin idarə etdiyi “Daewoo” markalı avtobuslar toqquşub. 51 saylı xətt avtobusunda olan 6 sərnişin, 2013-cü il təvəllüdlü Tamilla Hüseynova, 1962-ci il təvəllüdlü Ədalət İsmayılov, 1967-ci il təvəllüdlü Rövşən Hüseynov, 1973-cü il təvəllüdlü Rasim Cahangirov, 1988-ci il təvəllüdlü Kənan Hüseynli xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta ağır kimi qiymətləndirilir. 1958-ci il təvəllüdlü Əsgər Əsgərov isə xəstəxanada ölüb. Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Fidan
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












