Maşın ağaca çırpıldı; yaralılar var

Qəbələ rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 70-ci kilometrliyində, Qəbələ şəhərində qeydə alınıb. Göygöl rayonu Topalhəsənli kənd sakini, 1989-cu il təvəllüdlü Rəsulov Ruslan Surxay oğlu idarə etdiyi 25-BH-070 dövlət nömrə nişanlı «VAZ-21154» markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan maneə səbəbindən idarəetməni itirib. Nəticədə maşın əvvəlcə dairəvi yol ötürücüsünə və sonra kənardakı ağaca çırpılıb. Sürücü R.Rəsulov və sərnişini, Qəbələ rayonu İmamlı kənd sakini, 1990-cı il təvəllüdlü İbrahimov Elvin Məzahir oğlu xəsarət alıblar. Onlar Qəbələ Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












