Qabağına at çıxan maşın çaya düşdü, ölən və yaralananlar var - FOTO

Balakəndə minik avtomobili çaya düşüb, sürücü ölüb, daha üç nəfər xəsarət alıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.
Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Rəvan Məmmədvəli oğlu Əhməyev idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə Zaqataladan Balakən şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilinin qarşısına at çıxıb.
R.Əhməyev idarəetməni itirərək maşını ərazidən axan çaya aşırıb. Qəza zamanı müxtəlf dərəcəli ağır bədən xəsarətləri alan R.Əhməyev və avtomobildə olan sərnişinlər - 1967-ci il təvəllüdlü İmran Rəcəbov, 1970-ci il təvəllüdlü Fərman Piriyev və 1990-cı il təvəllüdlü Mərdan Piriyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Ağır bədən xəsarətləri alan sürücü R.Əhməyev xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.

Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












