İsmayıllıda maşın dərəyə aşdı, ölən və yaralananlar var - VİDEO

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, Bakı sakini 30 yaşlı Azər Qədirli "Mitsubishi" markalı avtomobili ilə İsmayıllının Bizlan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Hadisə zamanı sürücü və 5 yaşlı oğlu Uğur Qədirli ağır xəsarətlər alıb, sərnişin qismində olan anası 63 yaşlı Əliyyə Qədirli isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun meyidi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Yaralılarsa İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi araşdırma aparır.
Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır
Avtomobil fabrikin hasarına çırpıldı - ÖLƏN VAR - FOTOLAR - YENİLƏNİB
Maşın ağaca çırpıldı, sürücü belə xilas edildi - VİDEO
Ağsuda AĞIR QƏZA: Sürücü yaralandı, arvadı öldü
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO












