Maşın kanala düşdü: 2 azyaşlı uşaq öldü
Qəzalar
19 May 2014 13:34

Sürətlə hərəkət edən avtomobilin körpüdən suya düşməsi nəticəsində daha iki nəfər yaralanıb
Kürdəmir rayonunda ağır avtomobil qəzası baş verib. Hadisə bu gün səhər saat 8:00 radələrində Kürdəmir-İmişli yolunda qeydə alınıb. Zərdab rayon sakini, 1986-cı il təvəllüdlü Zalov Akif İmran oğlunun idarə etdiyi “Opel” markalı minik maşını sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq körpünün üstündən su kanalına düşüb. Hadisə nəticəsində sürücü Akif Zalov və həyat yoldaşı, 1989-cu il təvəllüdlü Zalova Səbinə Yusif qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onların iki azyaşlı övladı - 2010-cu il təvəllüdlü Nərgiz Zalova və 2011-ci il təvəllüdlü Rüfət Zalov dünyası dəyişib. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxunub : 2301
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
8 Oktyabr 2026 10:11
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
ŞƏRH YAZ












