Maşın piyadanı vurub öldürdü – YOL QARANLIQ İDİ - FOTOLAR

Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. APA-nın məlumatna görə, hadisə Sabunçu-Zabrat yolunda baş verib. Həsənov Ələmdar Lətif oğlu idarə etdi 50-CR-244 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomaşınla Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Lətifov Orduxan Murad oğlunu vurub. Piyada aldığını bədən xəsarətlərindən elə hadisə yerindəcə keçinib. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, qəzaya yolun işıqlı olmaması və yüksək sürət səbəb olub.
Hadisə ilə bağlı APA-ya danışan Zabrat sakinlərinin sözlərinə görə, bu yolda tez-tez qəzalar baş verir. Səbəb isə yolun işıqlandırılmaması və lazımı yerlərdə piyada keçidi ilə bərabər işıqforlarının quraşdırılmamasıdır.
Bədbəxt hadisənin qurbanı olan 47 yaşlı Orduxan Lətifovun cəsədi ətrafdakıların köməyi ilə maşına qoyularaq Sabunçu rayon morquna aparılıb. Hadisəni törətmiş "Mercedes"in sürücüsü Ələmdar Həsənov isə saxlanılaraq polis idarəsinə aparılıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO

















