Maşın qəzada bu vəziyyətə düşdü - FOTO

Avtosfer.az cenubnews-a istinadən xəbər verir ki, Bakı-Astara yolunun Masallı rayon ərazisindən keçən hissəsində, Musaküçə kəndi dairəsi yaxınlığında, Masallı rayon Musaküçə kənd sakini Talıb Qardaş oğlunun idarə etdiyi "VAZ 21011" markalı 44 BH 130 dövlət nömrə nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olərkən əks istiqamətdən gələn "SHACMAN" markalı yük maşını ilə toqquşub. Güclü zərbə nəticəsində minik avtomobili deformasiyaya uğrayıb, sürücü hadisə yerində dünyasını dəyişib. Maşında sıxılaraq qalan sürücü, Masallı rayon Musaküçə kənd sakini Talıb Qardaş oğlunun meyiti FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri isə aparılan avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
















