Maşın restoranın hasarına çırpıldı: 3 nəfər ağır yaralandı

Dünən gecə Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA TV-yə istinadən məlumatına görə, hadisə Bəkir Çobanzadə küçəsində baş verib. Qəza nəticəsində üç nəfər ağır xəsarət alıb. İlkin məlumata görə, Çobanzadə küçəsi ilə hərəkətdə olan "Opel" markalı minik avtomobili restoranlardan birinin qarşısında dönmə əməliyyatı edib. Bu vaxt yüksək sürətlə hərəkətdə olan "Lada" markalı minik maşını yolda şaquli vəziyyətdə olan "Opel"ə çırpılıb. Zərbədən sonra "Lada"nın sürücüsü idarəetməni itirib və maşın restoranın hasarına dəyib və dayanıb. Qəza nəticəsində üç nəfər - 26 yaşlı Heydərov Elçin Elmar oğlu, 22 yaşlı Dünyamalıyev Əfqan Əvəz oğlu və 27 yaşlı Umudov Bəhruz Rasim oğlu xəsarət alıb. Yaralılardan ikisi ətrafdakı vətəndaşların köməyi ilə maşınlardan çıxarılsa da, "LADA"nın sürücüsü demorfasiyaya uğramış maşında sıxılmış vəziyyətdə qalıb. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt xidmətinə məlumat verilib. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Xilasedicilər sürücünü maşından çıxarıblar və yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
















