Maşın yol kənarındakı tikiliyə çırpılıb bu hala düşdü - FOTOLAR

Şəkidə baş verən yol qəzasında bir nəfər xəsarət alıb. APA-nın məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki rayonu Baş Göynük kənd sakini, 1966-cı il təvəllüdlü Şahid Knyaz oğlu Məmmədov idarə etdiyi “NAZ-LİFAN” markalı 10 PT 655 dövlət nömrə nişanlı avtomobillə Şəkidən Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Maşın yol kənarındakı tikiliyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, sürücü Şahid Məmmədovun qardaşı 53 yaşlı Zahid Məmmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Şəki RMX-dan verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralı Zahid Məmmədovun vəziyyəti orta-ağır qiymətləndirilir, müalicəsi xəstəxanada aparılır. Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO














