Maşınla vurulan piyadanın qardaşı: “Onu öldürmək istəyiblər” - VİDEO

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA TV-yə istinadən məlumatına görə, hadisə rayonun Kərgələn kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 29 yaşlı Rahim İbadov idarə etdiyi minik avtomobili ilə həmkəndlisi, 48 yaşlı Kamil Rzayevi vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. İlkin müayinə zamanı Kamil Rzayevə qapalı kəllə-beyin travması, sağ baldır sümüklərinin orta üçdə bir hissəsinin yer dəyişmiş çox qəlpəli açıq sınıqları, sağ qolunun və bel nahiyəsinin əzilməsi diaqnozu qoyularaq əməliyyat olunub. Hazırda yaralının vəziyyəti orta-stabil qiymətləndirilir. Lakin yaralının qardaşı Qəhrəman Rzayev qəzanın qəsdən törədildiyini iddia edib. Onun sözlərinə görə, Kamil öz maşınına oturarkən Rahim İbadov avtomobili bilərəkdən onun üzərinə sürərək ölümcül hala salıb.
"Evdən çağırtdırıblar, kəndin ortasında söhbətləri olub, sakitliklə razılaşıblar. Qardaşım gəlib maşınına oturmaq istəyib. Maşın da məhəllə yolunda olub. O şəxslər də gəlib maşını arxadan vurublar. Qardaşım zədələnib, ayaqları sınıb. O maşının işıqları yanmırdı. Saat təxminən doqquz radələri olub. Belə bir şəraitdə qardaşımı öldürmək istəyiblər".
Yaralı Kamil Rzayev də onun başına gələnlərin qəsdən törədildiyini söyləyib.
"Gördüm İbadovlar yenə yığışıblar qardaşımın dükanının qabağına. Qardaşımı vurublar, döyüblər. Mən gəlib ora çıxanda hərəsi bir yana çəkildi. Mən də maşını qızımın evinin qapısında saxlamışdım deyə işıqları yanırdı. İşıqları söndürüb qayıdıb qardaşımın dükanına gəlmək istədim. Getdim maşının işıqlarını söndürdüm. Gəlib bu yana keçəndə yolda maşın yox idi. O maşın haradan çıxdı bilmirəm. Asfaltdan dörd metr o yana düşmüşdüm".
Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, artıq hadisəni törətməkdə şübhəli bilinən Rahim İbadovun ilkin ifadəsi alınıb. Onun hadisəni bilərəkdən və ya ehtiyatsızlıqdan törədildiyi araşdırılır.
Qeyd edək ki, 10 gün öncə, yanvarın 20-də Kamil Rzayevin Kərgəlan kəndində yerləşən avtomobil ehtiyat hissələri mağazasında yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m olan bir-birinə bitişik iki mağazadan biri tamamilə yanıb, digərinin isə tavan hissəsi qismən yanaraq yararsız vəziyyətə düşüb. Sonradan mağaza sahibi yanğının qəsdən törədildiyini və ona 30 min manat dəyərində maddi ziyanın dəydiyini iddia etmişdi.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












