Mehdiabadda ağır qəza: 1 maşın çevrildi, digəri yoldan çıxdı - FOTO

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Novxanı-Mehdiabad yolunda qeydə alınıb.
Hadisə “Chevrolet Aveo” markalı 99-MT-093 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Hyundai” markalı 90-SZ-646 dövlət qeydiyyat nişanlı yük avtomobilinin iştirakı ilə olub.
Qəzada idarəetməni itirən yük avtomobilinin sürücüsü minik vasitəsini aşırıb. “Chevrolet” markalı avtomobil isə yoldan kənara çıxıb.
Hadisədə minik avtomobilinin sürücüsü xəsarət alıb, avtomobil yararsız vəziyyətə düşüb. Yaralı təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
***
Bu gün yol-nəqliyyat hadisəsində xəsarət alan, 1976-cı il təvəllüdlü Vurğun Qədir oğlu Həsənov ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzdən bildirilib.
Qeyd olunub ki, lazımı müayinələrdən keçirildikdən sonra xəstədə qabırğanın sınığı aşkarlanıb.
Hazırda V.Həsənovun Reanimasiya şöbəsində müayinə və müalicələri davam etdirilir, vəziyyəti stabil olaraq qalır. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












