Məhkəmə hakimi qəza törətdi - FOTOLAR

Gəncə Apelyasiya Məhkəməsinin hakimi qəza törədib. Avtosfer.az-ın "Kəpəz TV"yə istinadən verdiyi məlumata görə, bu gün saat 16:00 radələrində Gəncə-Bakı avtomagistralının Nizami məqbərəsi yaxınlığında bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gəncə Apelyasiya Məhkəməsinin hakimi Azər Bayramov idarə etdiyi “Volkswagen Touareg” markalı avtomobillə hərəkətdə olarkən sürücüsünün kimliyi hələlik məlum olmayan “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ"-ın sərnişini, 18 yaşlı Günel Bayramova Gəncə şəhər TTYX-nin travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxananın həkimi Mehman Hüseynovun verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti normaldır.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO














