“Mersedes” müəllimi vurub öldürdü - Göyçayda
Qəzalar
18 Fevral 2015 01:27

Minik avtomobili yoldan çıxaraq kənardakı dəmirçi sexinə çırpılıb
Göyçay rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün Göyçay-Bərgüşad yolunun 9-cu kilometrliyində, Qızılağac kəndi ərazisində qeydə alınıb. Kənd sakini Zaur İsmayılovun idarə etdiyi "Mersedes" markalı minik avtomobili yoldan çıxaraq kənardakı dəmirçi sexinə çırpılıb. Hadisə zamanı sexdəki usta xəsarət almasa da, avtomobil sexin qarşısında dayanmış digər avtomobilin yanındakı sürücünü -1950-ci il təvəllüdlü Abdulhəmid Osmanovu vurub. Qızılağac kənd orta məktəbinin müəllimi olan Abdulhəmid Osmanov aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1681
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
ŞƏRH YAZ












