Mikroavtobus park edilmiş “Kamaz”a çırpıldı; 9 ölü, 9 yaralı - FOTO

Rusiyanın Krım Respublikasında iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az “TASS”a istinadən məlumat verir ki, hadisə iyulun 31-də səhər saatlarında “Tavrida” trasının Beloqorsk şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Krasnodardan Sevastopl reysi həyata keçirən “Mercedes-Benz Sprinter” markalı sərnişin mikroavtobusu, hərəkətdə olarkən yol kənarında park edilmiş qoşqulu “Kamaz” maraklı yük maşınına çırpılıb.
Qəzanın şiddətindən mikroavtobus qoşqunun altına girərək ön hissəsi deformasiyaya uğrayıb.
Hadisə nəticəsində 9 nəfər ölüb, 9-u isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Bildirilir ki, qəza zamanı mikroavtobusda 2-si uşaq olmaqla, 18 nəfər olub.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan qeyd ediblər ki, ola bilsin ki, qəza vaxtı sürücü sükan arxasında mürgüləmiş olub.
Faktla bağlı cinayət işi açılıb, istintaq-əməliyyat tədbirləri aparılır.
Namiq Musayev


Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB











