Mikroavtobus qoyun sürüsünün üstündən keçdi, 30 ölü - FOTO

Göyçay rayonunda ağır avtomobil qəzası baş verib. Bu gün axşam saat 19:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 214-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Göyçay şəhər sakini İsmayılov Elşad Laçın oğlunun idarə etdiyi 99-GZ-679 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı sərnişin mikroavtobusu yolda hərəkət edən qoyun sürüsünün üstünə çıxıb. Hadisə zamanı Bığır kənd sakini, fermer Eldəniz Cəbrayılova məxsus qoyunlardan 30 başı tələf olub, bir neçəsi ağır yaralanıb. Hadisə zamanı qoyunları magistral yol ilə Ağdaşdan Göyçaya aparan Eldəniz Cəbrayılov xəsarət almayıb.
APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə avtomobil qoyunları yolun ortasında vurub. Hadisə şahidlərinin sözlərinə görə qoyun sürüsünü yolun ortası ilə aparan şəxs gecənin qaranlıq vaxtında yolda hərəkət edən avtomobillər üçün tələb olunan müəyyən işıq işarəsindən istifadə etməyib. Hadisə zamanı Göyçay-İsmayıllı marşurutu üzrə hərəkət edən sərnişin mikroavtobusuna ciddi ziyan dəyib, xəsarət alan yoxdur. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO














