Milli Məclisin yanında piyadanı öldürən sürücü qaçdı - FOTOLAR

Dünən gecə Bakının Səbail rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Mehdi Hüseyn küçəsində, Milli Məclisin qarşısındakı dairədən üzü İçərişəhər metrosu istiqamətinə gedən yolda qeydə alınıb. Hadisə zamanı yolu keçmək istəyən 59 yaşlı Vəzirxan Xankişiyev avtomobil zərbəsi ilə üzləşib. Qəzadan sonra piyadaya əvvəlcə hadisə şahidləri tərəfindən yardım göstərilib. Yaralı ağır vəziyyətdə hadisə yerinə çağrılan təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya aparılan zaman isə yolda dünyasını dəyişib. Hadisədən sonra piyanı vuran sürücü idarə etdiyi avtomaşınla birgə ona heç bir yardım göstərmədən qəza baş verən ərazidən qaçıb. Şahidlərin sözlərinə görə, piyadanı vuran avtomaşının arxa dövlət qeydiyyat nişanı olmayıb. Bununa yanaşı qəzanı törədən sürücünün avtomaşının sürətlə idarə etməsi səbəbindən nəqliyyat vasitəsinin ön hisəsindəki qeydiyyat nişanını görmək mümkün olmayıb. Avtoqəzadan sonra hadisə yerində Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Hazırda piyadanın ölümünə səbəb olan sürücünün şəxsiyyətinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdrilir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO















