Mingəçevirdə ağır yol qəzası; 2 ölü, 6 yaralı - FOTO (YENİLƏNİB)

Mingəçevirdəki qəzada xəsarət alan azyaşlı ölüb.
Avtosfer.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Adəm Həbliyevi xilas etmək mümkün olmayıb.
**
Noyabrın 3-də saat 01 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes Viano” və “VAZ-2107” markalı avtomobillər toqquşub.
Avtosfer.az-ın xəbərinə görə, nəticədə "Mercedes"in sürücüsü Elgiz İsmayılov, sərnişinləri - 1980-ci il təvəllüdlü Əlzamin Mirzəyev, arvadı 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1973-cü il təvəllüdlü Təyyub Məhərrəmov, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva, 1983-cü il təvəllüdlü Habil Həbliyev, eləcə də sonuncunun azyaşlı oğlu xəsarət alıb və arvadı, 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO
Beyləqanda maşın su arxına aşdı - Sürücü öldü
Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO













