Nərimanov rayonunda zəncirvari qəza

Gecə Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az anspress-ə istinadən məlumatına görə, avtoqəza rayonun Ziya Bünyadov prospektində baş verib. Adıçəkilən prospektlə üzü "Koroğlu" metrostansiyası istiqamətində yüksək sürətlə hərəkətdə olan “Mercedes” və “Mazda” markalı maşınlar toqquşub. Bundan sonra isə nəqliyyat vasitələri idarəetmənin itirilməsi nəticəsinədə evakuatora çırpılıblar. Zərbənin təsiri güclü olduğundan avtomobillərdən biri divara, digər nəqliyyat vasitəsi isə prospektin beton arakəsməsinə dəyərək oranı yararsız hala salıb. Qəza nəticəsində xəsarət alan olmasa da hər üç avtomobil yararsız vəziyyətə düşüb. Nəqliyyat vasitələri evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Faktla bağlı Nərimanov Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












