“O avtomobildə digərlərinin sağ qalması möcüzədir”

“BACIM İlahə xanımın vəziyyəti ağırdır, amma ölümcül deyil. Hazırda paytaxt xəstəxanalarından birinə gətirmişik və burada müalicəsi davam etdirilir”. Avtosfer.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı deyib. O, bildirib ki, ötən gün qardaşı Şahbaz Xuduoğlunun düşdüyü yol qəzası ilə bağlı dəqiq heç nə bilmək olmur.
“Həmin ərazi dağ yoludur. Yağış yağdığı üçün yol da sürüşkən idi. O yollar çətin döngələrdən ibarətdir. Avtomobil aşaraq 60 metr dərinliyə düşüb. Aşan avtomobildə digərlərinin sağ qalması isə möcüzədir. O qədər dərinliyə aşan avtomobildən kiminsə sağ çıxması çox çətindir”.
Qeyd edək ki, ötən gün saat 15.30 radələrində Masallı-Yardımlı yolunda “Qanun” Nəşrlər Evinin sürücüsü, Bakı şəhər sakini Rafiq Muxtar oğlu Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobil dərəyə aşıb. Nəticədə maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin 1974-cü il təvəllüdlü Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı xəsarət alan İlahə Əliyeva isə bacısıdır.
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO
"Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO










