Oğuzda ağır qəza - Cinayət işi başlanıldı - VİDEO - FOTO - YENİLƏNİB

Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki,bu gün saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində Rəvan Osmanovun idarə etdiyi “Opel” markalı avtomobil ilə İntiqam Nəbiyevin idarə etdiyi “VAZ-2107” toqquşub. Hadisə nəticəsində sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
***
Oğuzda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə 16:30-da Oğuz-Sincam-Xaçmaz avtomobil yolunun Sincam kəndi ərazisindən keçən hissəsində baş verib.
“VAZ 2107” və “Opel” markalı iki minik avtomobili toqquşub. Qəza zamanı rayonun Dəymədağlı kənd sakini, 1961-ci il təvəllüdlü Tofiq Allahverdi oğlu Hüseynov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha üç nəfər, rayonun Sincan kənd sakinləri, 1990-cı il təvəllüdlü İntiqam İnqilab oğlu Nəbiyev, onun atası 1964-cü il təvəllüdlü İnqilab Nəbi oğlu Nəbiyev və 1957-ci il təvəllüdlü Şaid Əli oğlu Mikayılov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













