Ölümə bir neçə saniyə qalmış qurtuldu- FOTO

Yeni Zellandiyada film kimi xilasetmə əməliyyatı keçirilib. Avtosfer.az-ın məlumatına görə, Auckland şəhərində bir maşın idarəetməni itirərək çaya düşüb. İki polis məmuru qadının idarə etdiyi maşının sürətlə gedərək çaya düşdüyünün şahidi olublar. Onlar dərhal suya tullanaraq qadını xilas etməyə cəhd ediblər. Lakin qapılar avtomatik olaraq kilitləndiyi üçün buna nail ola bilməyiblər. Sürücü sürətlə içərisinə su dolan maşında çarəsiz qalıb. Polislər boğulmaq üzrə olan qadını xilas etmək üçün əllərindən gələni etsələrdə qapıları aça bilməyiblər. Sonra onlardan biri iri daş parçası taparaq avtomobilin arxa şüşəsini sındırıb. Polislər daş tapana kimi avtomobilin salonu demək olarki tamamilə su altında qalıb. Polislər qadını ölümə saniyələr qala xilas edə biliblər. Ölümlə burun-buruna olan qadın son anda özünü sınmış pəncərədən çölə ata bilib. Baş verənlər isə ətrafdan keçənlərin fotokameralarının yaddaşına düşüb. Hollivud filmlərini xatırladan xilasetmə əməliyyatı nəticəsində qadın yüngül xəsarətlərlə canını qurtara bilib.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR















